Yaxın vaxtlarda Naxçıvan Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq.
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
Onun sözlərinə görə, ölkə Prezidentinin fərmanı ilə 310 hektar ərazidə yaradılmış Parkın ilkin mərhələdə prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib: "Belə ki, Parkda qida, kimya sənayesi, tullantıların, qara və əlvan metal emalı, tikinti materiallarının, maşın və avadanlıqların, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağız məmulatlarının istehsalı nəzərdə tutulur".
Sədr qeyd edib ki, Parkda sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti yaradıldıqdan sonra investorlar bura cəlb ediləcək.
"Naxçıvan Sənaye Parkında da rezidentlər ölkəmizdə mövcud digər sənaye parklarında olduğu kimi gömrük, vergi güzəştlərindən yararlana biləcəklər", - deyə o əlavə edib.
© "Report"