AZ

Təyyarə qəzasında xəsarət alanların son durumu

TƏBİB-dən Ajans.az-a bildirilib ki, 1 nəfərin (qadın cinsli) müalicəsi Yeni Klinikada, 2 nəfərin (1 kişi, 1 qadın cinsli olmaqla) fizioterapevtik müalicəsi Tibbi Reabilitasiya Mərkəzində, 1 nəfərin (qadın cinsli) müalicəsi isə şəxsi istəyilə Baləkən Rayon Mərkəzi Xəstəxanasında aparılır.

Yeni Klinikanın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan şəxs hazırda həmin tibb müəssisəsində stasionar müalicə alır, vəziyyəti orta-ağır olaraq dəyərləndirilir.

Tibbi Reabilitasiya Mərkəzində müalicə alan şəxslərin hər birinin vəziyyəti qənaətbəxş hesab edilir. Müalicələri tibb müəssisəsinin Terapiya şöbəsində davam etdirilir.

Baləkən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicə alan şəxsin vəziyyəti isə orta-ağır, stabil olaraq qiymətləndirlir.

Ümumilikdə, Yeni Klinikaya hospitalizasiya olunan və zəruri tibbi xidmətlərlə təmin olunan 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb.

Ambulator müalicə üçün evə yazılanların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

Seçilən
102
34
Ajans.az

10Mənbələr