AZ

“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb

Bakı, 6 fevral, AZƏRTAC

“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb, zərərçəkənlər istintaq materialları ilə tanış olurlar.

AZƏRTAC TASS-a istinadən xəbər verir ki, bu barədə vəkil məlumat verib.

Xatırladaq ki, ötən il martın 22-də axşam Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.

Seçilən
9
6
azertag.az

10Mənbələr