AZ

Zelenski Kursk vilayətindəki vəziyyətindəki vəziyyət barədə danışıb

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə müdaxiləsi ilə bağlı vəziyyəti şərh edib...

Poliqon xəbər verir ki, Zelenski bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Müharibə diplomatik həllə doğru irəlilədikdə, bu əməliyyatın (Kursk vilayətinin işğalı) nə qədər vacib olduğu bəlli olacaq”, deyə o, bildirib.

O, həmçinin iddia edib ki, Rusiya yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələrini regiondan sıxışdırıb çıxarmayacaq.

Qeyd edək ki, avqustun 6-dan Rusiya Silahlı Qüvvələri Kursk vilayətində Ukrayna bölmələri ilə döyüşür. Avqustun 10-dan etibarən bölgədə antiterror əməliyyatı rejimi tətbiq olunur. Rusiya prezidenti Vladimir Putin avqustun 12-də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsinin Rusiya bölmələrinin DXR və LXR ərazisində irəliləyişini dayandırmaq cəhdi olduğunu bildirib və həmçinin sərhəd bölgəsinə hücumlarına görə Ukraynaya cavab vəd edib.

Poliqon.info

Seçilən
65
1
poliqon.info

2Mənbələr