AZ

Həcc ziyarəti üçün Azərbaycana nə qədər kvota ayrılıb? - AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanın hələ məlum olmadığını bildirib.

Bunu Teleqraf.com-a açıqlamasında QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.

O, hazırda təmsil etdiyi quruma Həcc ziyarətinə getmək istəyənlərin müraciətlərinin daxil olduğunu bildirib: “Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Hazırda ziyarətə getmək istəyənlərin müraciətləri qəbul olunur. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək”.

Xatırladaq ki, ziyarətə gedənlərin sənəd qəbulu yanvarın 21-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
51
teleqraf.com

1Mənbələr