AZ

Qlobal İstiləşmə kəskinləşib - Dünyanın ən isti yanvarı qeydə alınıb

Bakı. Trend:

Ötən ay dünyada müşahidələrin aparılmağa başladığı dövrün ənisti yanvar ayı kimi tarixə düşüb.

Trend xəbər verirki, bu barədə BBC-də məqalə dərc olunub.

Alimlər Sakit okeanda “El Ninyo” effektinin (Sakit okeanın şərqhissəsinin tropiklərdəki səth sularının temperatur qərarsızlığı –red.) uzaqlaşması hesabına 2025-ci ilin yanvar ayının nisbətən dahasərin keçəcəyini proqnozlaşdırırdı.

Əvəzində isə, Avropa Kopernik İqlim Xidmətinin məlumatına görə,ötən ay 2024-cü ilin yanvar ayı ilə müqayisədə temperatur 0,1C dahayüksək olub.

Qlobal istiləşməyə ən çox təsir edən faktorlar planeti qızdıranqaz emissiyalarıdır. Söhbət başlıca olaraq bərpa olunmayan yanacaqnövlərinin yandırılmasından havaya qalxan qazlardan gedir.

“Hər il rekordların təzələnməsinin və onillər ərzində istiləşmətrendinin davam etməsinin başlıca səbəbi odur ki, biz atmosferiçirkləndirən istixana qazlarının həcmini (ildən-ilə) daha daartırırıq”, - deyə NASA-nın Qodard Kosmik Tədqiqatlar İnstitutunundirektoru Qevin Şmidt BBC-ə verdiyi müsahibədə bildirib.

Son statistikaya görə, 2025-ci ilin yanvar ayı, insanların ətrafmühitə hələ ciddi ziyan vurmağa başlamadığı 19-cu əsrin sonları iləmüqayisədə 1,75 dərəcə artıb. Bu, qlobal istiləşmə baxımındankifayət qədər yüksək artım sayılır.

Seçilən
47
az.trend.az

1Mənbələr