Ümumi kredit portfelinin 24277,5 milyon manatı və ya 83,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 12,8 faiz artım deməkdir.
Bəs, problemli kreditlərin artmasının səbəbi nədir?
Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, problemli kreditlərin həcmi hələki təhlükəli səviyyədə deyil:
“Yəni ümumi kredit portfelinin 1,7 faizi təhlükəli hədd sayılmır. Çünki beynəlxalq praktikaya görə problemli kreditlər ümumi kredit portfelinin 3 faizini keçdikdən sonra təhlükəli sayılır. Hələlik, vəziyyət bu səviyyədə deyil. Amma problemli kreditin artması tendesiyası təhlükəlidir. Çünki problem getdikcə böyüyür”.
Müsahibimiz onu qeyd edib ki, problemli kreditlərin həcminin artmasının səbəbi vətəndaşların eyni vaxtda bir neçə bankdan kredit götürmələridir:
3Mənbələr
-
demokrat.azProblemli kreditlərin artmasının səbəbkarı banklar, yoxsa vətəndaşlardır? ( 15287259)
-
bizim.mediaProblemli kreditlərin artmasının səbəbkarı banklar, yoxsa VƏTƏNDAŞLARDIR? ( 15286093)
-
bizim.mediaProblemli kredit DƏRDİ – “Bir neçə bankdan götürürlər, vaxtında ödəyə bilmirlər...” ( 15285629)