AZ

Hökumət bu media orqanlarına maliyyəni dayandırır - Bu ölkədə...

ABŞ-nin icra hakimiyyəti “Politico”, “The New York Times” və “Associated Press” qəzetlərinin maliyyəsini kəsir.

News24.az xəbər verir ki, bu barədə “X” sosial media platformasında ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib.

Söhbət bütün hallarda ABŞ hökumətinin müxtəlif departamentlərinin bu KİV-lərin xidmətlərinə bahalı abunə haqqı ödəməsindən gedir. Maskın sözlərinə görə, Dövlət Departamenti “Associated Press” agentliyinə ödəniş etməyi, “The New York Times” qəzetinə abunə ödənişlərini dayandırıb, Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) “Politico”nun xidmətlərindən imtina edib.

Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, ABŞ hökuməti “Politico”ya illik təxminən 8 milyon dollarlıq abunəni ləğv edəcək. O, “Politico”nun Amerika vergi ödəyiciləri tərəfindən effektiv şəkildə subsidiya edildiyini və DOGE komandasının qəzetə ödənişləri ləğv etmək üçün artıq işə başladığını qeyd edib. İndi Maskın rəhbər olduğu departament ABŞ-nin digər media orqanlarına abunə üçün federal xərclərinin auditinə başlayıb. Bundan əvvəl o, medianın dövlət vəsaiti hesabına maliyyələşdirilməsi praktikasına qarşı kəskin çıxış edib.

Aynurə

Seçilən
9
2
news24.az

3Mənbələr