AZ

Putin Yuri Borisovu vəzifəsindən azad etdi

Rusiya prezidenti Vladimir Putin Yuri Borisovu “Roskosmos”un baş direktoru vəzifəsindən azad edən sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya  nəqliyyat nazirinin müavini Dmitri Bakanov “Roskosmos”un yeni rəhbəri təyin edilib.

Vəzifədən azad edilən Yuri Borisov “Roskosmos”dan əvvəl Rusiya Baş nazirinin müavini olub. O, 2022-ci ilin iyulunda bu vəzifədə Dmitri Roqozini əvəz edərək dövlət korporasiyasının başına keçib. Eyni zamanda, 2024-cü ilin yanvarına qədər prezidentin kosmos sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi idi.

Korporasiyanın yeni rəhbəri Dmitri Bakanov 2012-2019-cu illərdə “Roskosmos”un rabitə, yayım və retranslyasiya sistemlərinin vahid operatoru olan “Gonets Satellite System” ASC-nin prezidenti olub. 2019-cu ildə Nəqliyyat Nazirliyinə keçib və burada rəqəmsal transformasiya departamentinin direktoru olub. Bakanov 2022-ci ilin aprel ayından nəqliyyat nazirinin müavini vəzifəsinii tuturdu.

Seçilən
28
4
bakivaxti.az

5Mənbələr