AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən növbəti üç nəfərin şəxsiyyətinin müəyyən olunmasına münasibətində qeyd edilib.
Ombudsman diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində bugünədək 170-ə yaxın azərbaycanlının şəxsiyyəti müəyyən edilib. Bu proses hələ də davam etməkdədir.
“Hesab edirik ki, Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli, soydaşlarımızın taleyi barədə məlumatları gizlətməməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir” – deyə, Səbinə Əliyeva vurğulayıb.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta