Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.
Sədr bildirib ki, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən ötən il ərzində 31 sahibkarlıq subyektinə rezidentlik, bir sahibkara isə qeyri-rezidentlik statusu verilib:
"Bunlardan 14-ü Ağdam Sənaye Parkının, səkkizi "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, üçü Sumqayıt Kimya Sənaye Parkının, biri Pirallahı Sənaye Parkının, biri Hacıqabul Sənaye Parkının, ikisi Masallı Sənaye Məhəlləsinin, ikisi Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Həmçinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında bir sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib.
Göründüyü kimi, bunlardan 23-ü işğaldan azad edilmiş ərazilərdə mövcud olan sənaye parklarının payına düşür.
4Mənbələr
-
demokrat.azSeymur Adıgözəlov: "2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır" ( 15288265)
-
hakimiyyet.azSeymur Adıgözəlov: "2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır" ( 15285441)
-
oxu.azSeymur Adıgözəlov: "2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır" ( 15285375)
-
operativmedia.azSeymur Adıgözəlov: İşğaldan azad edilmiş ərazilərdə 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır ( 15284553)