AZ

Rusiyanın Meksikadakı səfirliyi ruslar üçün  xəbərdarlıq edib

Rusiyanın Meksikadakı səfirliyi ölkənin şimal və cənub sərhəd bölgələrində cinayətlərin artması ilə bağlı ruslara xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, bu barədə nümayəndəliyin rəsmi saytı yazıb.

“Zorakı cinayətlərin, o cümlədən xarici vətəndaşların oğurlanması hallarının sayında artım qeydə alınıb. Səfirlik sizdən Meksikaya, xüsusən də Aşağı Kaliforniya, Sonora, Çihuahua, Koahuila, Nuevo Leon, Tamaulipas və Çiapas ştatlarına səyahət planlaşdırarkən bu məlumatları nəzərə almanızı xahiş edir”, mesajda deyilib.

Səfirlik həmçinin Meksika qanunvericiliyinə, o cümlədən miqrasiya sahəsində də riayət olunmasının zəruriliyini xatırladıb.

Fevralın 3-də məlum olub ki, bu il Meksikaya rusiyalı iş adamlarının iki böyük ticarət missiyası planlaşdırılır. Səfirliyin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Rusiya ilə Meksika arasında ticarət dövriyyəsi ən çox buğda, rezin, mineral gübrələr, çuqun, polad və alüminium məhsulların ixrac olub. Meksika Rusiyaya tibbi məhsullar, etil spirti, qəhvə, istiot və quru meyvələr verib.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr