AZ

"Bir gece masalı"nda ayrılıq

"Bir gece masalı"nda ayrılıqATV-nin iddialı serialı "Bir Gece Masalı"nda obrazı dünyasını dəyişən Yüsra Geyik serialla vidalaşıb.

Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, artıq bir müddətdir ki, məşhur serialda "soyuq küləklər" əsir. Dekabr ayında Yüsra Geyik həm ortağı Eren Vurdemi, həm də serialın rəsmi sosial media hesabını izləməyi dayandıraraq serialdan ayrılacağına işarə etmişdi.

Ötən gecə yayımlanan bölümdə Ceylan obrazının yol qəzasında həyatını itirməsi və Səlim obrazının onu dəfn etməsi iddiaların doğru olduğunu göstərdi.

Geyikin serialdan ayrılıb-ayrılmadığı hər kəsi maraqlandırdığı bir zamanda, məşhur aktyor sosial media hesabında paylaşım edib. Geyik instaqramda serialdan bir səhnə paylaşaraq "Bye" yazıb.

Məşhur aktyorun bu paylaşımı onun serialdan getməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
"Bir gece masalı"nda ayrılıq

Seçilən
5
sonxeber.az

1Mənbələr