Bakı. Trend:
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzindəfasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyiəsəcək.
Havanın temperaturu gecə 3-5°, gündüz 5-7° olacaq. Atmosfertəzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılıolacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdəarabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabirgüclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-10°, dağlarda gecə5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5°şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlamaehtimalı var.