AZ

Azərbaycan millisinin futbolçusu: "Həm Albaniyadan, həm də bəzi başqa ölkələrdən təkliflər var idi''

Qış transfer dönəmində həm Albaniyadan, həm də bəzi başqa ölkələrdən təkliflər var idi.

Bunu "Report"a açıqlamasında Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev deyib.

23 yaşlı müdafiəçi icarə əsasında başqa komandaya keçmək ehtimalının olduğunu, lakin bunun gerçəkləşmədiyini bildirib:

"Hətta yaxşı çempionatda çıxış edən səviyyəli bir klubla da anlaşmışdıq. Sadəcə, transferin son günü olduğu üçün sənədlər yetişmədi. Hələlik karyerama burada davam edəcəyəm".

Z.Əliyev son vaxtlar ilk "11-lik"də meydana çıxmaması və az forma şansı əldə etməsi barədə danışıb:

Seçilən
15
2
aznews.az

3Mənbələr