AZ

Cinsini dəyişmiş "kişilərə" ciddi qadağa - Tramp fərman imzaladı

Image

ABŞ Prezidenti Donald Tramp cinsini dəyişmiş kişilərin qadın idman yarışlarında iştirakını qadağan edən fərman imzalayıb. İmzalanma mərasimi "C-SPAN" telekanalında yayımlanıb. "Bundan sonra qadın idman növləri yalnız qadınlar üçün olacaq", - deyə Tramp fərmanı imzalamadan əvvəl çıxışında bildirib.

Tramp əvvəlki administrasiyanı radikal sol ideyaları dəstəkləməkdə və bioloji cinsi mənsubiyyət konsepsiyasından imtina etməyə cəhd göstərməkdə ittiham edib. "Özlərini qız kimi göstərən kişilər 3500-dən çox yarışda onlardan qələbəni oğurlayıblar ki, bu da çox böyük rəqəmdir. Onlar qadınlar üçün nəzərdə tutulmuş 11 000-dən çox yarışda iştirak ediblər", - deyə ABŞ lideri qeyd edib.

Bundan əlavə, Trampın fərmanına əsasən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi cinsini dəyişmiş kişi idmançılara ABŞ vizası verməkdən imtina edəcək.

Mətləb






Seçilən
37
2
baki-xeber.com

10Mənbələr