AZ

Türkiyə əhalisinin sayı açıqlandı

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü il üçün Ünvan Əsaslı Əhali Qeydiyyat Sisteminin (ADNKS) açıqladığı məlumata görə, ölkə əhalisi əvvəlki ilə nisbətən 599280 nəfər artaraq 85 milyon 279 min 553 nəfərə çatıb. Əhalinin 50,1 faizini təşkil edən kişilərin sayı 42 milyon 704 min 112 ikən, qadınların sayı 49,9 faizlə 42 milyon 575 min 441 nəfər olaraq qeyd edilib.

Hafta.az-ın yazdığına görə Türkiyədə yaşayan əcnəbi əhali əvvəlki ilə nisbətən 89996 nəfər azalaraq 1 milyon 480 min 547 nəfərə çatıb. Əcnəbi əhalinin 48,3 faizini kişilər, 51,7 faizini isə qadınlar təşkil edib. 2023-cü ildə mində 1,1 olan illik əhalinin artım sürəti 2024-cü ildə mində 3,4-ə yüksəlib.

Vilayət və rayon mərkəzlərində yaşayan əhalinin nisbəti 2023-cü ildə yüzdə 93 ikən, 2024-cü ildə yüzdə 93,4-ə yüksəlib. Şəhər və kəndlərdə yaşayan əhalinin xüsusi çəkisi 7 faizdən 6,6 faizə enib. Məkan Ünvan Qeydiyyatı Sisteminin (MAKS) məlumatlarına görə, Türkiyə əhalisinin 67,2 faizi iri şəhərlərdə, 15,5 faizi orta böyüklü şəhərlərdə, 17,2 faizi isə kənd yerlərində yaşayır.

Məlumatlar, meqapolis İstanbulun əhalisinin əvvəlki ilə nisbətən 45678 nəfər artdığını ortaya qoyub. Məlumatlara görə, İstanbulun əhalisi 15 milyon 701 min 602 nəfərə çatıb. 2024-cü ildə Türkiyədə 40 vilayətin əhalisi azalıb. Türkiyə əhalisinin 18,3 faizinin yaşadığı İstanbulu 5 milyon 864 min 49 nəfərlə Ankara, 4 milyon 493 min 242 nəfərlə İzmir, 3 milyon 238 min 618 nəfərlə Bursa və 2 milyon 722 min 103 nəfərlə Antalya izləyib.

Bayburt 83676 nəfərlə Türkiyənin ən az əhalisi olan vilayəti olub. Bayburtu 86612 nəfərlə Tunceli, 91354 nəfərlə Ərdahan, 142617 nəfərlə Gümüşhanə və 156739 nəfərlə Kilis izləyib.

Seçilən
47
hafta.az

1Mənbələr