AZ

ABŞ administrasiyası Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela lideri Nikolas Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi sənəddə göstərildiyi kimi, söhbət “Dassault Falcon 200” təyyarəsindən gedir. Bu hava gəmisi Venesuela prezidenti və ölkənin digər yüksək vəzifəli şəxsləri tərəfindən Yunanıstan, Kuba, Rusiya və Türkiyə də daxil olmaqla xarici ölkələrə uçuşlar üçün istifadə edilir ki, bu da Amerika administrasiyasının fikrincə, ABŞ sanksiyalarının pozulmasıdır.

ABŞ dövlət katibi Marko Rubio hazırda Maduronun hava gəmisinin olduğu Dominikan Respublikasının paytaxtı Santo-Dominqoya səfəri zamanı təyyarənin həbsi barədə elan etmək niyyətindədir.

Müsadirənin həyata keçirilməsi üçün Dövlət Departamentinin rəhbəri təyyarənin saxlanması və xidməti üçün 230 min dollar ayırmaq məqsədilə xarici yardımın dondurulması haqqında fərmandan istisna tələbi imzalamalı olub.

Seçilən
0
4
korrespondent.az

5Mənbələr