AZ

Azərbaycan tərəvəz və meyvələrin emal məhsulları ixracından 37 milyon dollar qazanıb

Bakı. Trend:

Ötən il Azərbaycandan 37,1 milyon ABŞ dolları dəyərində 25,6 minton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyərbaxımından 3,3 milyon ABŞ dolları və ya 9,7% çox, həcm ifadəsindəisə 410 ton və ya 1,6% azdır.

Hesabat dövründə tərəvəz və meyvələrin emal məhsulları ixracölkənin ümumi ixracının 0,14%-ni, qeyri-neft sektoru üzrə ixracınınisə 1,11%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə(180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7%azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dollarıixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb,idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticəetibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbətsaldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Seçilən
12
az.trend.az

1Mənbələr