AZ

Kobaxidze Tokayevlə danışıqlar apardı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə İ.Kobaxidze “X” hesabında bildirib.

O, Qazaxıstanın dövlət başçısı ilə qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlığa dair səmərəli danışıqlar apardığını bildirib.
“Qazaxıstana ümumi maraq kəsb edən bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək marağına görə minnətdarıq. Gürcüstanın Qazaxıstanla sıx əməkdaşlığı regionumuzda və onun hüdudlarından kənarda davamlı inkişafa və sabitliyə nail olmaq üçün vacibdir”, - baş nazir yazıb.


Müəllif: Cəmilə Babayeva
Seçilən
6
teleqraf.com

1Mənbələr