Türkiyənin “Beşiktaş” klubu “Mançester Yunayted”in braziliyalı ulduzu Kasemironun keçidində maraqlıdır. “Qara qartal” 32 yaşlı ön libero üçün danışıqlara başlayıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu Kasemiro ilə yollarını ayırmaq istəyir. “Beşiktaş” bu fürsəti dəyərləndirmək və oyunçunun keçidi üçün yüksək bonservis ödəməyə hazırdır.
Qeyd edək ki, Kasemiro 2013-2022-ci illər ərzində 9 il “Real Madrid”in şərəfini qoruyub. O, öz mövqeyinin ən yaxşılarından hesab edilir.
Nazim Hacıyev
Telegram kanalımız