AZ

İranlı müəllimlər Pezeşkiana müraciət etdi

Ölkənin təhlükəsizliyi və milli mənafei naminə Amerika ilə bir başa daışıqlar aparılsın.

Bu İran Müəllimlər Təşkilatının yaydığı bəyanatda deyilib.

“Maksimum milli maraqlara nail olmaq və sanksiyalardan qurtulmaq üçün ölkəmiz fəal danışıqlar diplomatiyası strategiyasını qəbul etməlidir”,- bəyanatda bildirilib.

İranın üzləşdiyi siyasi, iqtisadi, mədəni, təhlükəsizlik, ekoloji və xüsusilə iqtisadi böhranlara toxunan bu bəyanatda Amerika ilə danışıqların aparılması “təcili zərurət” adlandırılıb.

Əks təqdirdə ölkənin daha ağır vəziyyətlə üzləşəcəyinə diqqət çəkən müəllimlər, Məsud Pezeşkianın qərblə razılıq əldə etmək cəshdlərini dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, İran Prezidentinin birinci müavini Məhmmədrza Arif Pezeşkian və Tramp arasında danışıqların imkansız olmadığını deyib.

"İki insanın görüşməsi mümkündür, ancaq bu hələlik gündəmdə deyil",- o. Pezeşkianla Trampın görüşünün olub-olmayacağı barədə suala cavab olaraq deyib.

visiontv.az



Seçilən
41
1
visiontv.az

5Mənbələr