Bakı, 6 fevral, AZƏRTAC
Filippinin cənubunda şəxsi təyyarə qəzaya uğrayıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində dörd nəfər həlak olub.
Qəzanın baş vermə səbəbi məlum deyil. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.