AZ

Fransa kürd terrorçularını dəstəklədiyini bəyan etdi

Fransa yenidən PKK/YPG-nin Suriya qanadına dəstəyini bildirib və bu terrorçu qruplaşmanın Suriyanın şimalında Suriya Milli Ordusu (SMO) ilə qarşıdurmada göstərdiyi “qəhrəmanlığı” təqdir edib.

Turkustan.az "Daily Sabah"-a istinadən xəbər verir ki, Fransa Milli Assambleyasının iclasında çıxış edən deputat Daniyel Simonne beynəlxalq ictimaiyyəti PKK/YPG-yə dəstək verməyə çağırıb və Türkiyədən İraqın şimalında terrorçulara qarşı apardığı transsərhəd əməliyyatlarını dayandırmağı tələb edib.

Simonnes SMO-nu “Türkiyənin dəstəklədiyi silahlılar” adlandıraraq, onların PKK/YPG-yə qarşı mübarizəsini “müharibə” kimi xarakterizə edib:

“Əsəd rejimi devrilsə də, bölgədə müharibə davam edir”.

O, həmçinin partiyasının nümayəndə heyətinin son vaxtlar PKK/YPG-nin nəzarətində olan Ayn əl-Ərəb bölgəsinə səfər etdiyini də açıqlayıb. /Cebheinfo.az/

Seçilən
31
1
turkustan.az

2Mənbələr