AZ

Türkiyədə baş verən zəlzələ zaman Azərbaycan qardaş köməyini əsirgəmədi

Bakı. Trend:

Türkiyə-Azərbaycan qardaşlığı tarixən və mədəniyyət baxımındançox dərin köklərə malikdir. Hər iki ölkə dil, mədəniyyət, dini vətarix baxımından bir-birinə çox yaxındır. Türklər vəazərbaycanlılar arasında həmrəylik və qarşılıqlı dəstək daim mövcudolub.

İki il bundan qabaq Türkiyənin Kahramanmaraş vilayətində başverən dəhşətli zəlzələ təkcə qardaş ölkəni deyil, həm də bizləri dəsarsıtdı. Prezident İlham Əliyevin tapşırığına əsasən, qardaşölkəyə hər cür yardım edildi.

Bu da bütün dünyaya örnək oldu. Xüsusilə hər iki dövlətinüzləşdiyi çətin anlarda qardaşlıq münasibətləri özünü daha çox hissetdirib. Bu, həm siyasi, həm də sosial sahələrdə özünügöstərib.

2020-ci ilin sentyabrında başlanan Vətən Müharibəsi zamanıTürkiyə Azərbaycana yalnız mənəvi dəstək verməklə kifayətlənməyib,həm də hərbi sahədə də çox böyük dəstək göstərib. Türkiyə,Azərbaycanın mübarizəsində "bir millət, iki dövlət" prinsipinəuyğun olaraq həm siyasi, həm də diplomatik səviyyədə böyük dəstəknümayiş etdirib. Həmçinin, Türkiyənin verdiyi hərbi məsləhətlər vətexniki yardımlar Azərbaycanın zəfər əldə etməsinə kömək edib.

Türkiyədə baş verən zəlzələlər və digər təbii fəlakətlər zamanı,Azərbaycan hökuməti və xalqı Türkiyəyə həm maddi, həm də mənəvidəstək göstərib. Ən son 2023-cü ilin fevralında baş verən böyükzəlzələdən sonra Azərbaycan dərhal Türkiyəyə yardım göndərdi,axtarış və xilasetmə komandaları göndərdi və zəlzələnin fəsadlarınıazaltmaq üçün birgə tədbirlər həyata keçirdi. Azərbaycan xalqı,zəlzələnin təsirindən zərər çəkən bölgələrə yardımlar göndərdi vəbir çox azərbaycanlı könüllü Türkiyədəki xilasetmə işlərinəqatıldı.

Türkiyə-Azərbaycan qardaşlığı yalnız yaxşı günlərdə deyil, çətinanlarda da özünü göstərir. Hər iki ölkə, digər dövlətlərə qarşımübarizələrdə, iqtisadi və siyasi təzyiqlər qarşısında bir-birinəarxa duraraq qardaşlıq bağlarını gücləndiriblər. Bu dərin və möhkəməlaqələr hər iki xalqın bir-birinə olan güvənini və sevgisini əksetdirir.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr