AZ

Biləsuvarda ağır qəza: 5 nəfər yaralandı

Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralında, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Baş verən qəzada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
46
8
cebheinfo.az

10Mənbələr