Yarımyüngül çəkidə (65 kiloqrama qədər) UFC çempionu İliya Topuriya dağıstanlı MMA döyüşçüsü İslam Maxaçevi məğlubiyyətə uğradacağına şübhə etmədiyini bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sports Australia" belə çatdırıb:
"İslam möhtəşəm döyüşçüdür. Mən isə dünyanın ən yaxşısıyam. Əminəm ki, Maxaçevə nə istəsəm, edə bilərəm. Ondan çox yaxşı olduğumun fərqindəyəm".
Xatırladaq ki, 28 yaşlı Topuriya 2020-ci ildən UFC liqasında çıxış edir. O, son olaraq UFC 308 turnirində amerikalı Maks Holloueyi döyüşün 3-cü raundunda nokauta salaraq titulunu qoruyub.
Nihat