AZ

İranda bir vətəndaş hökumət rəsmilərinə od püskürdü: “Kül başınıza!”

Sosial şəbəkələrdə paylaşılan videoya görə, İranda bir vətəndaş ölkədə ərzaqların baha olmasını kəskin şəkildə tənqid edib və ölkə rəsmilərinə səslənərək deyib: “Ölkəmizin rəsmilərindən, Qalibafdan, Zərifdən, Mirsəlimdən həqiqətən üzr istəyirik, çünki biz sizin üçün yaxşı insan olmadıq. İnsanlar! Bizim ləyaqətimiz var!”.

Çarəsiz vətəndaş etirazının davamında qeyd edib: “Ətrafımızdakı ölkələrdəki insanlar tətil üçün Londona, yoxsa Parisə gedə biləcəklərmi deyə narahatdırlar, ancaq mən indi bayramda kartof yeyib-yeməyəcəyimdən narahatam. Bizim qurduğumuz ölkədə dünya sərvətlərinin 7 faizi var. Dünya əhalisinin səkkizdə biri İranda yaşayır. Kül başınıza!”.

visiontv.az



Seçilən
18
visiontv.az

1Mənbələr