AZ

Rusiya sonuncu dəfə bu raketi kosmosa çıxardı: Onun barəsində nə məlumdur?

Çərşənbə günü, fevralın 5-də Plesetsk kosmodromundan "Soyuz-2.1v" raketinin buraxılışı bu tip daşıyıcı üçün Rusiya tarixində sonuncu olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, raket və kosmik sənayedəki mənbənin sözlərinə görə, bu modelin buraxılması planlaşdırılmır.

“Soyuz-2.1v” gəmisinin sonuncu buraxılışı Müdafiə Nazirliyinin maraqları çərçivəsində təşkil edilib. Rusiya Müdafiə Nazirliyi bir gün əvvəl raket daşıyıcısının buraxılması barədə məlumat vermişdi. İdarədən bildirilib ki, “Soyuz-2.1v” hərbi təyinatlı maşınlarla Arxangelsk vilayətinin Plesetsk şəhərindən buraxılıb.

Kosmik gəminin təyinatı sirr olaraq saxlanılır. NSF-nin bildirdiyinə görə, Soyuz-2.1v 82,5 dərəcə mailliklə 1400 kilometr yüksəklikdə Yerə yaxın orbit üçün nəzərdə tutulub. Bu, “Gonets-D1M” mülki kosmik gəmisinin hərbi versiyası hesab edilən gizli “Rodnik” rabitə peyklərinin buraxılış parametrləri ilə üst-üstə düşür.

“Müfəttiş peykləri deyilənlər var. Bizdə də var, ABŞ da. Onlar orbitdə manevr edirlər və düşmən peyklərinə yaxınlaşaraq onların fəaliyyətinə mane olur və hətta onları sıradan çıxara bilirlər. Onlar öz hərəkətlərini də müşahidə edə bilirlər”, - Rusiya Hərbi Elmlər Akademiyasının baş elmi işçisi Vladimir Proxvatilov belə peyklərin məqsədini izah edib.

Seçilən
6
publika.az

1Mənbələr