AZ

Onları belə yad etdilər... - VİDEO

Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür.

Gundem.az  türk mediasına istinadla xəbər verir ki, 6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli 7,7 və 7,6 bal gücündə zəlzələlərdə 24 min 147 nəfərin həyatını itirdiyi Hatayda vətəndaşlar faciənin 2-ci ildönümündə bir araya gəliblər 

 

İnsanlar faciənin baş verdiyi zamanda yəni - saat 04.17-də səssiz yürüş keçiriblər.  

 

Yürüşdə Hatay valisi Mustafa Masatlı, Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Öntürk, zəlzələdə yaxınlarını itirənlər və digər vətəndaşlar iştirak edib.

Həmin görüntüləri sizə təqdim edirik:

 

 

Seçilən
36
3
gundem.az

5Mənbələr