AZ

Putin "Roskosmos"un rəhbərini vəzifəsindən çıxardı

Rusiya prezidenti Vladimir Putin Yuri Borisovu “Roskosmos”un baş direktoru vəzifəsindən azad etməsi barədə sərəncam imzalayıb. 

SeherXeber.org xəbər verir  ki, Putin digər bir sərəncamla Rusiyanın nəqliyyat nazirinin müavini Dmitri Bakanovu "Roskosmos"un yeni rəhbəri təyin edib.

Borisov "Roskosmos"un rəhbəri olmazdan öncə Rusiya Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2022-ci il iyulun 15-də bu vəzifədə Dmitri Roqozini əvəz edib. O eyni zamanda, 2024-cü ilin yanvar ayına qədər Rusiya prezidentinin kosmik sahədə beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi olub. 

Mürtəza

SeherXeber.org

Seçilən
16
3
seherxeber.org

4Mənbələr