AZ

Ukrayna Kurskda hücuma keçdi: Şiddətli döyüşlər gedir

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində yeni hücuma başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Z əməliyyatı: Rus baharının müharibə müxbirləri" (RV) Telegram kanalı məlumat yayıb.

Hərbi müxbirlərin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri fevralın 6-da səhər saatlarında hücum əməliyyatlarına başlayıb. Ukrayna əsgərləri Plexovo qəsəbəsinə çatmağa çalışırlar.

Jurnalistlər yazır ki, Ukrayna Silahlı Qüvvələri zirehli texnikanı önə çıxarıblar. Onların qarşısında isə minalardan təmizləyici maşınlar var.

Seçilən
80
5
publika.az

7Mənbələr