Əksər tələbələr diplomlarını aldıqdan sonra iş tapmaqda çətinlik çəkirlər. Xüsusilə, kollec məzunları bir çox vakansiyada bakalavr diplomunun tələb olunduğunu, kollec təhsilinin demək olar ki, heç bir əhəmiyyət kəsb etmədiyini bildirirlər.
Xezerxeber.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov, kollec məzunlarının iş tapmaqda çətinlik çəkmələrinin əsas səbəbini kolleclərin müasir standartlardan və əmək bazarının tələblərindən uzaq olması ilə əlaqələndirir.
Kamran Əsədov deyir ki, əgər dünya təcrübəsində olduğu kimi ölkəmizdə də işəgötürənlərə kollec məzunlarının da işə qəbul etməyə dair tələblər qoyulsa, bu problem müəyyən dərəcədə həll oluna bilər.
Məsələ ilə bağlı bir az araşdırdıqda məlum oldu ki, vakansiyalar işəgötürülənlər tərəfindən verilir və tələblər də məhz onların işə uyğun müəyyən etdiyi şərtlərə əsaslanır. Yəni, bu məsələyə konkret nəzarət edən bir qurum yoxdur.
Qeyd edək ki, hazırda ölkəmizdə 59 kollec fəaliyyət göstərir ki, burada 64 minə yaxın tələbə təhsil alır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.