AZ

Azərbaycanda fəaliyyət göstərən operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrətənzimləyici qurumu İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərənoperator və provayderlərin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Trend-ə Agentlikdən məlumat verilib.

Görüş abunəçilərə təqdim edilən internetin sürətinin, həmçinintəqdim olunan xidmətin digər keyfiyyət göstəricilərinin etibarlıolaraq təqdim edilməsinə və Azərbaycanın beynəlxalq reytinqlərdəmövqeyinin yaxşılaşdırılmasına həsr edilib.

İKTA İdarə heyətinin sədri Nail Mərdanov görüşü giriş sözü iləaçaraq Agentlik tərəfindən aparılmış müşahidə və monitorinqlərinnəticələrini açıqlayıb. Natiq qeyd edib ki, tənzimləyici qurum“Ookla” şirkəti ilə rəsmi əməkdaşlıq edir. Rəsmi razılıq əsasındaölkə ərazisində şirkət tərəfindən aparılan bütün ölçmələrin cihazqeydləri Agentliyə təqdim edilir. Agentlik böyük həcmdəməlumatların (Big DATA) təhlilləri əsasında bir sıra araşdırmalarabaşlayıb. Belə ki, aparılan müşahidələrə görə, bu gün Azərbaycanda36 operator və provayderdə “Ookla”nın “Speedtest” serverlərimövcuddur. Amma müəyyən səbəblərdən onların istifadəsinə nəzarətistənilən səviyyədə deyil. Bu isə ümumilikdə ölkədə internetinsürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasına səbəbolur. Nəticədə isə bu hal ölkəmizin internetin sürəti ilə bağlıbeynəlxalq reytinqlərdə irəliləməsinə mənfi təsir göstərir.

İKTA sədri, eyni zamanda operator və provayderlər arasındaməlumat mübadiləsi üçün qurulan və internet sürətinə təsir edən“Local Exchange” arabağlantıların yaxşılaşdırılmasına ehtiyacolduğunu bildirib.

Nail Mərdanov ölkəmizi qlobal internetə bağlayan 3 əsas“Backbone” operator arasında arabağlantının şərtlərinin Agentliktərəfindən nəzərdən keçirildiyini və ən qısa müddətdə 3 əsasoperator arasında arabağlantı resurslarının təcili şəkildəartırılmasının zəruri olduğunu vurğulayıb.

O əlavə edib ki, “Ookla” sponsor serverlərinin performans vəəməliyyat göstəriciləri nəzarətdən kənar qaldığı üçün İKTA bununbiznes fəaliyyətinə təsiri olmadığını, ölkənin isə beynəlxalqreytinq cədvəllərində mövqeyinə birbaşa təsirini nəzərə alaraqmüştərək baxışın keçirilməsini məqsədəuyğun hesab edir:

“Bu səbəbdən də ilkin olaraq mövcud serverlərin minimal texnikitələblərə uyğunluğunu müəyyən etmək üçün serverlərə birlikdə baxışkeçiriləcək, operator və provayderlər qarşısında yeni tələblərqoyulacaq. Bütün serverlərin texniki parametrlərinə yenidənbaxılmalı və tələb olunan sazlamalar həyata keçirilməlidir.Tənzimləyici qurum tərəfindən tələblərə uyğun qurulmayanserverlərin fəaliyyətinin uyğunlaşdırılması tələb ediləcək. Şəbəkədayanıqlılığı layihəsi çərçivəsində ölkə ərazisində fəaliyyətgöstərən “Ookla” sponsor serverlərinin əsas fəaliyyət göstəriciləri(KPI) barədə dövri hesabatlıq tələb olunacaq. Növbəti hesabatdövründən etibarən operator və provayderlərdən serverlərinəməliyyat və performans göstəriciləri ilə də bağlı məlumatlarıntoplanılması həyata keçiriləcək”, – deyə Nail Mərdanov əlavəedib.

Tədbirdə çıxış edən internet operator və provayderlərinnümayəndələri qarşılaşdıqları çətinliklər və çağırışlarla bağlıfikirlərini bölüşüblər. Bildirilib ki, “Local Exchange”arabağlantıların imkanlarının artırılmasına və fəaliyyətintənzimlənməsinə ehtiyac var. Arabağlantı münasibətlərində trafikmübadiləsinə görə operatorlararası hesablaşma məsələləri internetininkişaf prinsipləri nəzərə alınmaqla həll edilməlidir.

Çıxış edənlər, eyni zamanda alternativ sürətölçmə alətlərininyaradılmasına, yaxud inteqrasiya edilməsinə ehtiyac olduğunu və buprosesdə dövlətin dəstəyinə ehtiyac yarandığını bildiriblər.

Qarşılıqlı dialoq şəraitində keçən görüşdə şəbəkələrininkişafının təmin edilməsi üçün dövlət-özəl tərəfdaşlığı modelindənistifadə imkanları da müzakirə edilib, ümumilikdə beləmüzakirələrin davamlı keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları vərabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə vənəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Məqalədə:
Seçilən
90
10
az.trend.az

10Mənbələr