AZ

Dünyanın dördüncü ən böyük gölü “ölümcül səhra”ya çevrilib

Vaxtilə dünya xəritəsində nəhəng su hövzəsi kimi görünən Aral gölü indi ağ səhraya bənzəyir. 1960-cı illərə qədər dünyanın dördüncü ən böyük gölü olan Aral indi demək olar ki, tamamilə quruyub.

Publika.az xəbər verir ki, vaxtilə 68 min kvadrat kilometr ərazini əhatə edən gölün cəmi 8 min kvadrat kilometri qalıb. Gölün qalan hissəsi Aralqum adlı yeni səhraya çevrilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Səhralaşma ilə Mübarizə Konvensiyasının icraçı katibi İbrahim Tiav Aral gölünün qurumasını dünyanın ən böyük ekoloji fəlakətlərindən biri kimi xarakterizə edir.

Araşdırmalar göstərir ki, 1984-2015-ci illər arasında bölgədə atmosfer tozunun miqdarı 14 milyondan 27 milyon tona qədər artıb. Hətta 800 kilometr uzaqlıqdakı yaşayış məntəqələrində də havanın keyfiyyətinə mənfi təsir göstərən bu toz bölgədəki buzlaqların əriməsini sürətləndirir, su böhranını daha da artırır.

Aral gölünü qidalandıran Amudərya və Sırdərya çaylarının istiqaməti 1960-cı illərdən Sovet İttifaqı tərəfindən 7 milyon hektar pambıq sahəsinin suvarılması üçün dəyişdirilib. Bu irimiqyaslı suvarma layihələri nəticəsində göl bu gün bu hala düşüb.

Seçilən
26
4
publika.az

5Mənbələr