AZ

Azərbaycanda transla nişanlanan gənc yaşadığı kənddən qovuldu

Azərbaycanda transgenderlə münasibətdə olan gənc yaşadığı kənddən qovulub.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, hadisə cənub rayonlarından birində (həssas məqamları nəzərə alaraq rayonun və kəndin adını qeyd etmirik) baş verib.

Belə ki, rayonun ucqar kəndlərindən birinin sakini olmuş Möhsün (ad şərtidir) bir müddət əvvəl işləmək məqsədilə Bakıya üz tutub.

O, Bakıda transgender Səfa (ad şərtidir) adlı şəxslə tanış olub və bir müddət Nərimanov rayonu ərazisində onunla yaşayıb. Səfanın bu müddətdə Möhsünə maddi dəstək göstərdiyi bildirilir.

Daha sonra Möhsünün atası oğlunun münasibətdə olduğu şəxsi qadın zənn edərək rayona dəvət edib. Məlumata görə, oğlanın atası yaxın qohumları bir araya toplayaraq onlara nişan mərasimi keçirib.

Möhsün həqiqəti ailəsindən gizlətdiyi üçün oğlanın yaxınları Səfanın cinsi azlığın nümayəndəsi olmasından xəbərsiz olublar. Səfa rayona getdikdə Möhsünün ailəsi onun səs tonundan şübhələniblər.

Cütlük 2 gün kənddə qaldıqdan sonra Bakıya qayıdıb.

Transgender iddia edir ki, oğlanın atası onları ayırmaq üçün Möhsünü polisə şikayət edib və onu narkotik istifadəçisi olmaqda ittiham edib.

Vəziyyəti öyrənən kənd sakinlərinin Səfa ilə Möhsünü kənddən qovduğu bildirilir.

Billurə
 

Seçilən
2
olke.az

1Mənbələr