AZ

"Toplum TV" işi: jurnalist Şahnaz Bəylərqızı həbs olunub (Yenilənib)



"Toplum TV" işi üzrə daha bir nəfər tutulub.

Reyting.az
xəbər verir ki, jurnalist Şahnaz Bəylərqızı saxlanılıb.

DİN mətbuat xidmətindən fakt təsdiqlənib.

Bildirilib ki, Hüseynova Şahnaz istintaq zərurəti ilə əlaqədar saxlanılıb və araşdırma aparılır.

***

"Toplum TV" işi üzrə fevralın 5-də saxlanılan Şahnaz Bəylərqızı barəsində bu gün həbs qətimkan tədbiri seçilib.

Reytinga.az
xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə onun haqda 3 ay 15 gün müddətinə həbs qərarı çıxaırlıb.

O, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.


Seçilən
6
1
reyting.az

2Mənbələr