21 yaşadək futbolçulardan ibarət milli komandamızın 2025-2027-ci il Avropa Çempionatının seçmə mərhələsində qarşılaşacağı rəqiblər müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, B qrupunda yer alan yığmamız Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariqdən olan həmyaşıdları ilə mübarizə aparacaq.

Qeyd edək ki, 2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.