AZ

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən 18 minə yaxın müəllimin maaşı artıb

Bu günədək ümumilikdə 6401 nəfər müəllim sertifikasiyaya cəlb olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir bildirib ki, onlardan 17426 nəfər yüksək nəticə göstərib və maaşlarına 35 faiz artım olub.

38084 nəfər isə orta nəticə göstərib və maaşlara 10 faiz artım olub.

E.Əmrullayev, həmçinin qeyd edib ki, 2026-cı ilin sonunadək 1000 məktəbdə metodik fəaliyyət təşkil ediləcək, metodistlər sertifikasiya nəticəsi yüksək olan müəllimlərdən təşkil ediləcək.

Seçilən
36
7
operativmm.az

6Mənbələr