AZ

"Keçən il məktəbyaşlı uşaqların sayı ilə bağlı 147 müəssisə rasionallaşdırılıb" - Emin Əmrullayev

"Növbəti tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır". SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, şagird davranış qaydaları 329 məktəbdə iki tədris ili pilot olaraq tətbiq edilir: "Pilot müəssisələrdə monitorinqlər həyata keçirilib və müsbət geri dönüşlər əldə edilib.

Keçən il məktəbyaşlı uşaqların sayı ilə bağlı 147 müəssisə rasionallaşdırılıb".

Nazir bildirib ki, bu il 130-a qədər məktəblə bağlı rasionallaşdırma tədbirinin həyata keçirilməsi nəzərdə tutulub.

Seçilən
23
sia.az

1Mənbələr