Bu ilin sentyabr ayından Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsi fəaliyyətə başlayacaq.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev birifinqdə deyib.
O qeyd edib ki, növbəti ildə Qarabağ Universitetinə qəbul olanlar təhsil haqqından azad ediləcək.