Yayda "Neftçi"dən ayrılan Lukas Melanonun yeni klubu bəlli olub.
QOL.az xəbər verir ki, argentinalı hücumçu ABŞ-da oynayacaq.
O, “Mayami” ilə anlaşıb. Bu barədə 2-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında "Neftçi"yə transfer olunmuş Melano ötən il avqustunda göndərilmişdi. O, “Neftçi”nin heyətində 12 rəsmi oyuna çıxıb.