“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda Rusiya Mədəniyyət Mərkəzinin (“Rus Evi”) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib...
APA-nın Moskva müxbiri xəbər verir ki, o, bu barədə “Rossiya-24” telekanalının efirində bildirib.
“Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, - Primakov vurğulayıb.
Onun sözlərinə görə, Bakıdakı “Rus Evi” icarəyə götürdüyü binanı ay yarım ərzində tərk etməlidir: “Çünki sahibi binanı təcili satmaq niyyətində olduğunu açıqlayıb. Danışıqlar aparılan digər binanın sahibi isə hələlik fasilə götürüb”.
Poliqon.info