AZ

Qeyts Trampla USAID-in gələcəyini müzakirə edib

“Microsoft”un qurucusu Bill Qeyts ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işini müzakirə etmək üçün Ağ Evdə prezident Donald Trampla görüşüb.

Qaziler.az xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində danışıb.

Görüş fevralın 5-də baş tutub. Qeyts deyib ki, o, Trampı USAID vasitəsilə xarici yardımı davam etdirməyə çağırıb.

Qeyts həmçinin agentliyin bağlanmasının təşəbbüskarı olan İlon Maskla hələ görüşmədiyini bildirib.

Fevralın əvvəllərində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Vaşinqtondakı baş qərargah binasından lövhələrin götürüldüyü məlum olub. Amerikalı sahibkar İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini “qurdlar yumağı” adlandırıb. O əlavə edib ki, USAID-də heç nə qalmayıb və ondan qurtulmaq lazımdır.

QAZİLER.AZ

Seçilən
11
1
qaziler.az

2Mənbələr