AZ

Tel-Əviv İranın nüvə obyektlərinə hücuma hazırlaşır? - Tramp ən güclü bombanı İsrailə verir

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə ən güclü qeyri-nüvə bombalarından biri olan və eyni zamanda “bütün bombaların anası” kimi tanınan MOAB-ı təqdim edəcəyini açıqlayıb.

Missiya.Az “Bild” qəzetinə istinadən xəbər verir ki, 11 ton ağırlığında olan MOAB bombası İrandakı nüvə obyektləri kimi yerin dərinliklərində yerləşən hədəfləri məhv edə bilər.

Maraqlıdır ki, İsrail 2000-ci illərdən bu yana ABŞ-dən bu silahları istəyir, lakin indiyədək heç bir prezident onları verməyə razı olmayıb. Və yalnız indi Tramp ilk dəfə olaraq İsrail ordusunu MOAB ilə təmin etmək üçün yaşıl işıq yandırıb. 

Ekspertlər artıq belə bir addımın nüvə silahı yaratmağa yaxın olan İranın nüvə obyektlərinə hücum ehtimalından xəbər verə biləcəyini qiymətləndiriblər.

"Trampın sərt mövqeyinin səbəblərindən biri İranın kəşfiyyat xidmətlərinin onu aradan götürməyi planlaşdırmasıdır", - deyə vurğulanıb.

Nəşr qeyd edib ki, əvvəllər bir çox hərbi analitiklər hesab edirdilər ki, əgər İsrail “bütün bombaların anası”na malik deyilsə, deməli, onun İrandakı nüvə obyektlərini məhv etmək imkanı yoxdur.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr