Qırğızıstan və Çin iş adamları 700 milyon dollar dəyərində 19 müqavilə imzalayıblar.
AZƏRTAC xəbər verir ki, bununla bağlı “Kabar” informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Çinə dövlət səfəri çərçivəsində Milli İnvestisiya Agentliyində Çinin işgüzar dairələri ilə məşvərətçi görüş keçirilib.
Tədbirdə Qırğızıstanın və Çinin enerji, kənd təsərrüfatı, turizm, ticarət və investisiya kimi sahələrdə fəaliyyət göstərən sahibkarları arasından 100-dən çox nümayəndə iştirak edib.