AZ

Azərbaycanda müəllimlərin əmək haqlarının sertifikasiyadan sonra nə qədər artdığı açıqlanıb

İbtidai sinif üzrə müəllimlərin əməkhaqqı əvvəl 748 manat idisə, sertifikasiyadan sonra 1 167 manat olub.

Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər əvvəl 841 manat maaş alırdısa, sertifikasiyadan sonra 1 355 manat, riyaziyyat fənni üzrə əvvəl 1 016 manat idisə, sonradan 1 407 manat, xarici dil üzrə 888 manat idisə, sonradan 1 342 manat olub:

?Bu artımlar vergilər də daxil olmaqla olan rəqəmlərdir?.

E.Əmrullayev bildirib ki, az bal toplayan müəllimlərə az saat verilir:

?Səbəb zəif nəticə göstərən müəllimlərin tədris prosesində çox olmamasıdır?.

Seçilən
96
13
banker.az

10Mənbələr