Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000” qırıcısı planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
Qəza Madhya-Pradeş ştatında baş verib. Pilot uğurla katapult edib.
Qəza yerindən çəkilən videogörüntülərdə təyyarənin hissələrinin yandığı görünür. Qəzanın səbəbləri araşdırılır.