“ Bunlar arasında məktəbdə təhsilin zəif olması, ali təhsilə hazırlıq ehtiyacı, valideynlərin məşğulluğu və ya dil baryeri kimi faktorlar var”. Nazir vurğulayıb ki, müəllim məktəbdə dərsini vicdanla keçməlidir: "Necə ola bilər ki, məktəbdə zəif tədris edən müəllim repititorluqda yaxşı yaxşı nəticə göstərə bilsin? Bu məsələ cəmiyyət tərəfindən qınanmalıdır. Müəllim dövlətdən maaşı alırsa, şagirdinə keyfiyyətli təhsil verməlidir”.
E. Əmrullayev məktəbdaxili repititorluğa qarşı olduğunu bildirib.
“Əgər hansısa məktəbdə belə hal varsa, bizə müraciət edilsin, araşdırma aparaq”.