Səudiyyə Ərəbistanının ən böyük neft istehsalçısı Saudi Aramco mart ayında ABŞ, Asiya və Avropadakı alıcılar üçün neft qiymətlərini kəskin artıracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Asiyaya tədarük edilən əsas brend olan “Arab Light” markalı neftin bir barelinin qiyməti 2,4 dollar artacaq. Bu, 2022-ci ilin avqustundan bəri ən yüksək dinamikadır.
Bu inflyasiya nəticəsində Arab Light markalı neftin bir barelinin qiyməti Oman/Dubay neft səbətinin qiymətini 3,9 dollar ötəcək.